DÜNYA


ABŞ-da peyvəndlənmədən dini mülahizələrə görə imtina hərəkatı genişlənir

Vaşinqton, 18 oktyabr, AZƏRTAC

ABŞ-da pandemiyanın artmasının qarşısını almaq üçün Prezident Co Bayden administrasiyasının göstərdiyi səylər fonunda bir sıra ştatlarda vətəndaşların COVID-19-dan peyvəndlənmədən dini mülahizələrə görə imtina etməsinə şərait yaradan ictimai hərəkat formalaşmaqdadır.

AZƏRTAC xəbər verir ki, dini təmayüllü “Liberty Counsel” hüquq müdafiə təşkilatı vaksinasiyadan dini mülahizələrə görə imtinanın rəsmiləşdirilməsinə kömək edir.

Mülki hüquqlar haqqında 1964-cü il Qanununun VII bölməsinə müvafiq olaraq, insanlar dini mənsubiyyət əlamətinə görə ayrı-seçkiliyə məruz qalmamaq hüququna malikdirlər. İnsanların çoxu məhz dini inamlarına görə peyvəndlənməyə etiraz edirlər. Əgər dini mərasimlər və adətlər işəgötürənlərin biznes fəaliyyəti üçün çətinlik yaratmırsa, onlar bu mərasimlərə və adətlərə riayət etməyə borcludurlar. ABŞ-da “din” anlayışı çox geniş məna daşıyır və həm mütəşəkkil dinləri, həm də qeyri-formal etiqadları və mənəvi inamları əhatə edir.

Əgər işəgötürən işçinin dinlə bağlı olmayan səbəblər üzündən işə çıxmamağa çalışdığını müəyyən edərsə, o, həmin işçinin xahişini rədd edə bilər. İşəgötürənlərin və işçilərin hərəkətlərinin müxtəlif cür interpretasiya ediləcəyi istisna olunmur. Bu da öz növbəsində işəgötürənlərə qarşı yüzlərlə iddia qaldırılmasına gətirib çıxara bilər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.