DÜNYA


ABŞ-da qasırğa qurbanlarının sayı 87 nəfərə yüksəlib

Bakı, 3 oktyabr, AZƏRTAC

Ötən həftənin ortalarında ABŞ sahillərini vuran “İen” qasırğası Florida və Şimali Karolina ştatlarında azı 87 nəfərin ölümünə səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.

AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, ölüm hallarının 83-ü Florida, 4-ü isə Şimali Karolina ştatında qeydə alınıb.

Həmçinin təbii fəlakət nəticəsində 10 mindən çox insan itkin düşmüş hesab olunur. Yerli hakimiyyət orqanları bildirir ki, onların çoxu sığınacaqlardadır və elektrik enerjisi təchizatında yaranmış problemlər səbəbindən ailələri ilə əlaqə saxlaya bilmir.

Floridanın qubernatoru Ron Desantis bildirib ki, tam bərpa illərlə vaxt tələb edəcək. Ştatda 630 mindən çox insan hələ də elektriksiz qalıb.

Ağ evdən verilən məlumata görə, oktyabrın 5-də ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cill ilə birlikdə Floridaya gedəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.