DÜNYA


ABŞ-da qitələrarası ballistik raketin sınağı keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III qitələrarası ballistik raketinin növbəti sınağını keçirib.

AZƏRTAC xəbər verir ki, təlim raketi Kaliforniya ştatının Vandenberq hərbi bazasından havaya buraxılıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Minuteman III qitələrarası ballistik raketinin sınağı uğursuzluqla nəticələnmişdi. ABŞ Hərbi Hava Qüvvələrin məlumatına əsasən, uçuş zamanı raketdə baş verən nasazlıq səbəbindən ona özünü məhvetmə siqnalı göndərilməmişdi. Nəticədə Sakit Okeandakı Kvajalein atolu yaxınlığında yerləşən hədəfə yaxınlaşan təlim raketi Hərbi Hava Qüvvələri tərəfindən məhv edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.