DÜNYA


ABŞ-da səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə start verilib

Bakı, 14 may, AZƏRTAC

ABŞ-ın “Hermeus” kompaniyası səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə ilkin kapitalın cəlb olunduğunu elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniyanın ilk maliyyə tərəfdaşı Kaliforniya ştatında yerləşən “Khosla Ventures” vençur fondu olub. Cəlb edilən ümumi məbləğ və tərəfdaşların sayı barədə məlumat verməyən “Hermeus” yığılan vəsaitin layihələşdirilən təyyarənin güc qurğusunun hazırlanmasına və sınağına yönəldiləcəyini bildirib.

Kompaniyanın məlumatına əsasən, söhbət saatda 6,2 min kilometr sürətlə uça biləcək avialaynerin hazırlanmasından gedir. Bu, məsələn, Nyu-York şəhərindən Londona transatlantik uçuşun müddətini 7 saatdan 1,5 saata qədər azaltmağa imkan verəcək.

“Hermeus” səsdən sürətli ilk təyyarəsinin prototipini təxminən 5 ildən sonra hazırlamağı planlaşdırır. Belə laynerin seriyalı istehsalı isə 8-10 il ərzində baş tuta bilər.

2016-cı ildə ABŞ-ın “Virgin Galactic” və “Boom Technology”, 2018-ci ildə isə “Boeing” korporasiyaları səsdən sürətli sərnişin təyyarəsi hazırlamaq barədə niyyətlərini bildirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.