DÜNYA


ABŞ-da strateji neft ehtiyatlarından istifadəni qadağan etmək istəyirlər

ABŞ-da strateji neft ehtiyatlarından istifadəni qadağan etmək istəyirlər

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentin ölkənin strateji neft ehtiyatından istifadəsinə sərəncam vermək imkanlarını məhdudlaşdırmağa yönəlmiş qanun layihəsini dəstəkləyib.

AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, ötən il Birləşmiş Ştatlarda anbarlardan 180 milyon barel neft götürülüb. Nəticədə strateji ehtiyatlardakı ümumi neft ehtiyatları təxminən 380 milyon barelə qədər azalıb ki, bu da 1984-cü ildən bəri ən aşağı səviyyədir. Nümayəndələr Palatasının respublikaçı çoxluğu hesab edir ki, demokratlar üçün siyasi dividendin artırılmasına yönələn bu addımlar və ABŞ-ın enerji təhlükəsizliyini təhdid edir.

Telekanalın məlumatına görə, Co Bayden 2021-ci ildə hakimiyyətə gələrkən strateji neft anbarlarında 638 milyon barel neft olub.

Ekspertlərin fikrincə, qanun layihəsi demokratların nəzarətində olan Senatdan keçməyəcək və ya ABŞ prezidenti ona veto qoya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.