MƏDƏNİYYƏT


ABŞ-da teatrlar müvəqqəti maaş ala bilməyən məmurlar üçün pulsuz olacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Birləşmiş Ştatlarda “şatdaun” adlanan hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması nəticəsində müvəqqəti maaş ala bilməyən dövlət qulluqçuları üçün teatrlar və Nyu-York şəhərinin otelləri pulsuz olacaq.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Nyu-Yorkdakı məşhur “Metropoliten Opera” teatrı “şatdauna” məruz qalan məmurların yanvarın 19-dan 31-dək tamaşalara pulsuz baxa biləcəyini elan edib. Hər hansı dövlət qulluqçusu iş yerindən vəsiqəni təqdim etməklə teatra iki bilet əldə edə biləcək.

Maaşsız qalan dövlət qulluqçularının dəstəklənməsi ideyasına Nyu-York Otellər Assosiasiyası da qoşulub. Belə ki, xoş məramın əlamət olaraq, otel sahibləri “şəxsi problemləri” ilə əlaqədar şəhərə gələn məmurlara ödənişsiz otaq verəcək.

Xatırladaq ki, dekabrın 22-dən ABŞ-da bir sıra dövlət orqanları qısaldılmış vaxt rejimində işləyir. Onların arasında Dövlət Departamenti, Ədliyyə, Daxili Təhlükəsizlik, Nəqliyyat və Kənd Təsərrüfatı nazirlikləri var. Bu müddətdə dövlət qulluqçularının bir hissəsi maaşsız işləyir, digər qismi isə müddətsiz və haqqı ödənilməyən məzuniyyətə buraxılıb. Bütün bunların səbəbi isə 2019-cu ilin büdcəsinə dair ABŞ Prezidenti ilə demokratlar arasında fikir ayrılığıdır. Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisi üçün büdcəyə 5,6 milyard dollar vəsaitin əlavə olunmasını tələb edir, Konqresdəki Demokrat Partiyası isə bunun əleyhinədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.