DÜNYA


ABŞ-da təyyarənin evin üstünə düşməsi nəticəsində 5 nəfər həlak olub VİDEO

Bakı, 4 fevral, AZƏRTAC

ABŞ-ın cənubunda yerləşən Kaliforniya ştatında kiçik təyyarənin yaşayış binasının üstünə düşməsi nəticəsində azı 5 nəfər həlak olub.

AZƏRTAC “Orange County Register” qəzetinə istinadla xəbər verir ki, bu barədə Orinc dairəsinin polis idarəsi məlumat yayıb.

Orinc dairəsindəki aeroportdan havaya qalxan İki mühərrikli “Cessna 414A” tipli təyyarə fevralın 3-də yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə fevralın 4-ü, saat 02:00) alovlanaraq havada hissələrə parçalanmağa başlayıb və Yorba-Linda şəhərindəki fərdi yaşayış binasının üstünə düşüb. Qəzadan sonra evdə yanğın baş verib.

İnsident zamanı təyyarədə yalnız pilot olub. Hadisə nəticəsində həm pilot, həm də qəza zamanı evdə olan 4 nəfər həyatını itirib, 2 nəfər isə yanıq xəsarətləri alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.