DÜNYA


ABŞ-da universal koronavirus testi aparmaq təklif edilib

Vaşinqton, 6 aprel, AZƏRTAC

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin Sent-Luis üzrə prezidenti Ceyms Bullard federal hökumətə universal koronavirus testi aparmağı təklif edib. Onun fikrincə, bu test koronavirus infeksiyası aşkarlanmayan əməkdaşların iş başına qayıtmalarına imkan verər, ölkə iqtisadiyyatının bərpasına kömək edərdi.

AZƏRTAC xəbər verir ki, Bullard ABŞ iqtisadiyyatının bərpasına dair fikirlərini CBS telekanalında çıxışında bildirib. O deyib ki, Birləşmiş Ştatlar sadə texnologiyaların köməyi ilə hər bir adamı gündəlik koronavirus testindən keçirə bilər. Yoluxma aşkar edilməyənlərə onların iş başına qayıda biləcəklərini təsdiq edən nişanlar verilməlidir.

Bullard deyib: "Bu cür test kimin infeksiyaya yoluxub-yoluxmadığını dərhal müəyyən edəcək. Bu addım səhiyyə sektoruna, habelə iqtisadiyyata kömək edərdi, çünki bir-birimizlə daha əmin şəkildə təmas qurardıq".

Daha əvvəl Nümayəndələr Palatasının Kaliforniyadan olan üzvü Devin Nunyes də virusa yoluxmanın aşkar edilməsi üçün analoji həll yolu, o cümlədən amerikalılardan qan analizinin götürülməsini təklif edib.

Bullardın komandasının açıqladığı proqnozlara görə, pandemiya səbəbindən 47 milyon amerikalı iş yerini itirə bilər ki, bu da ölkədə işsizlik səviyyəsinin 32 faizə çatması deməkdir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.