DÜNYA


ABŞ-da vergi sistemi

Bakı, 23 iyun, AZƏRTAC

ABŞ-ın başlıca gəlir mənbələrindən birini satışdan əldə edilən vergilər təşkil edir ki, bu da şəhərlər arasında paylaşılır. Həmin vergilər istehlakçılar tərəfindən məhsullar satın alınarkən və xidmətlər göstərilərkən ödənilir.

AZƏRTAC xarici saytlara istinadla bildirir ki, sözügedən vergi növünə istehlak mallarının əksəriyyəti cəlb olunur.

Ölkədə vergilərin həcmi ştatlardan asılı olaraq dəyişir: Mülkiyyətə görə vergilər həm ştatlar, həm də yerli səviyyədə ödənilir. Gəlirlə işləməyən və kommersiya məqsədləri üçün istifadə olunmayan təşkilatlar istisna olmaqla, daşınmaz əmlak və təsərrüfat avadanlıqları başlıca olaraq vergiyə cəlb olunurlar.

Yerli əmlak vergisi qanunvericiliklə dəqiq müəyyən edilmiş əmlaka malik fiziki və hüquqi şəxslərdən tutulur. Ştatlar üzrə vergi göstəricisinin orta səviyyəsi 2 faiz təşkil edir. Əmlakın qiymətləndirilməsi, vergi orqanının əməkdaşları olan vergi qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

Vərəsəlikdən və bağışlama yolu ilə keçən əmlaka görə vergilər fiziki şəxslər tərəfindən əmlakın dəyərinə və qohumluqla yaxınlıq dərəcəsinə görə 18 faizdən 55 faizə qədər ödənilir.

Hazırda tənha insanlara məxsus olan və qiyməti 2 milyon dollardan çox olmayan və evli cütlüklərə məxsus və dəyəri 4 milyondan çox olmayan əmlaka görə vergi norması 46 faizdən çox ola bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.