İQTİSADİYYAT


ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü olub

Vaşinqton, 25 noyabr, AZƏRTAC

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İsrail-Amerika Şurasının birgə təşkilatçılığı ilə paytaxt Vaşinqton və ətraf ərazilərdə yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə tikinti, daşınar və daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat istiqamətləri üzrə fəaliyyət göstərən müxtəlif iş adamları iştirak edib.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxış edərək görüşün təşkil edilməsində əsas məqsədin İsrail ilə Azərbaycan arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamları arasında da təşviq edilməsi olduğunu diqqətə çatdırıb.

Həmçinin tədbirdə əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdə aparılan davamlı islahatlar və iqtisadiyyatın diversifikasiyası, o cümlədən biznes mühiti barədə ətraflı məlumat verib, ilk dəfə təşkil olunan bu görüşün hər iki icmanın biznes dairələri arasında işgüzar əlaqələrin qurulması üçün zəmin yaratdığını bildirib.

Daha sonra İsrail-Amerika Şurasının nümayəndəsi Elkana Ben İtan danışıb və ABŞ-da bu cür birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində, həmçinin israilli yazıçı Avi Yoriş tərəfindən qələmə alınmış “Sən innovativ olmalısan: İsrail ixtiraçılığı dünyanı necə yaxşılaşdırır” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Kitab Ticarət Palatasının dəstəyi ilə Azərbaycan dilində dərc edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.