SİYASƏT


ABŞ-da yaşayan soydaşlarımızın problemləri konqresmenlərin diqqətinə çatdırılıb

Bakı, 28 sentyabr, AZƏRTAC 

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti Men ştatının Portlənd şəhərindəki Təhsil Mərkəzində, Böyük Ticarət Mərkəzində, Nümayəndələr Palatasında, Senatda, Maliyyə Nazirliyində, eləcə də Avqusta şəhərində senator Kinqin ofisində görüşlər keçirib.

DİDK-dən AZƏRTAC-a verilən məlumata görə, Təhsil Mərkəzinin direktoru Anita St.Onc, Böyük Ticarət Palatasının idarə heyətinin sədri Kvinsi Henztel, konqresmenlər Riçard Farnsvord, Denis Kesçi, Maliyyə naziri Henri Beklə aparılan danışıqlar zamanı ABŞ-Azərbaycan münasibətlərindən danışılıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanılması, Azərbaycan diasporunun yerli cəmiyyətə inteqrasiyası və s. məsələlər müzakirə olunub.

Görüşlərdə doğma dillərini və milli kimliklərini unutmamaları məqsədilə azərbaycanlı uşaqlar üçün kursların açılması, azərbaycanlı tələbələrə təqaüd dəstəyinin göstərilməsi, senator və konqresmenlərin Azərbaycan diasporu ilə sıx şəkildə işləməsi, azərbaycanlı seçicilərin problemlərinə diqqətlə yanaşılması, kiçik və orta bizneslə məşğul olan soydaşlarımıza zəruri treyninqlərin keçirilməsi, Vaşinqtonda yerləşən Azərbaycan Ticarət Palatasının Men ştatı ilə əlaqələrinin qurulması, Azərbaycanda istehsal olunan məhsulların Menə ixrac edilməsi və satışının təşkili, Dövlət Komitəsi ilə Men ştatının Nümayəndələr Palatası və Senatı arasında münasibətlərin formalaşdırılması kimi təkliflər səslənib.

Portlənd İctimai Kitabxanasına və Avqusta şəhərindəki dövlət kitabxanasına Azərbaycandan bəhs edən kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.