DÜNYA


ABŞ-da yeniyetmə oğlan öz anasını öldürməkdə ittiham edilir

Vaşinqton, 5 noyabr, AZƏRTAC

Florida ştatının hakimiyyət orqanları bazar günü bildiriblər ki, Orlando şəhərinin yaxınlığında yaşayan 15 yaşlı Qreqori Ramos ad-soyadlı yeniyetmə öz anasını qətlə yetirməkdə ittiham olunur.

Qreqori Ramos məktəbdə pis qiymət almasına görə narazılığını bildirən anası 46 yaşlı Qeyl Klivengeri cümə günü kəndirlə boğub öldürməsini, sonra isə 17 yaşlı iki dostu ilə köməkləşərək anasının meyitini furqona qoyub yaşadıqları evin arxa həyətində tonqal üçün nəzərdə tutulan yerdə qazıb basdırmasını boynuna alıb. Oğlanlar qadının meyitini basdırandan sonra hüquq-mühafizə orqanlarının işçilərini çaşdırmaq üçün guya oğurluq törədilməsini simulyasiya ediblər.

Bazar günü yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəməyə gəlmiş oğlanlar hələlik bu ittihamlar barədə suallara cavab verməyiblər.

Polis şerifi mətbuat konfransında bildirib ki, noyabrın 1-də axşam Qreqori Ramosun anası oğlunun məktəbdə pis qiymət alması barədə xəbəri o vaxt Vaşinqton ştatında ezamiyyətdə olan ərinə - oğlanın ögey atasına bildirmək üçün ona zəng vurandan sonra oğlan anasına hücum edib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.