DÜNYA
ABŞ-da yeniyetmənin qulluq etdiyi itlər onu parçalayıb
Vaşinqton, 13 may, AZƏRTAC
Masaçusset ştatının Dayton şəhərində Rayan Heyzel ad-soyadlı 14 yaşlı yeniyetmə özünün qulluq etdiyi itlərin ona hücumu nəticəsində həlak olub. Heyzel bu itlərin sahibinin evinə gedib və oradan geri qayıtmayıb: itlər onu parçalayıb.
AZƏRTAC xəbər verir ki, polisin məlumatına görə, Heyzelin qonşusu onun cəsədini həyətdə tapıb. Oğlanın bədəninin müxtəlif hissələrində it dişlərinin çoxsaylı izləri olub. Dairə prokuroru Tomas Kuinin sözlərinə görə, oğlanın həlak olduğu ərazi son 15 ildə it təlimçiliyi 49 yaşlı ilə məşğul olan Skott Danmora məxsusdur. Hadisə zamanı Danmor Bostonda olub və ehtimal ki, oğlandan o gəlincə itlərə qulluq etməsini xahiş edib.
Prokuror hadisənin təfsilatı barədə bunu deyib ki, Heyzel Danmorun evinə öz nənəsi ilə bərabər qonşu Rehebort şəhərindən gəlib. Nənə maşında əyləşib nəvəsini gözləyirmiş. Heyzelin işi ən çoxu 45 dəqiqə vaxt tələb edirdi. Lakin bir saat keçib və Rayan qayıtmayıb...
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]