DÜNYA


ABŞ-da yüngül mühərrikli təyyarə evin üstünə düşüb

Bakı, 18 avqust, AZƏRTAC

ABŞ-ın Nyu-York ştatının Pokipsi şəhərində “Cessna 303” təyyarəsi yaşayış evinin üstünə düşüb. Bu barədə ABC telekanalı ABŞ Federal Aviasiya İdarəsinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, içində üç nəfərin olduğu təyyarə Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. Təyyarədə olan insanların taleyi, habelə yerdə olanların vəziyyəti barədə məlumat verilmir. Federal Aviasiya İdarəsi hadisə ilə bağlı təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.