DÜNYA


ABŞ-dakı aktiv neft qazma qurğularının sayı artıb

Bakı, 9 fevral, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 1049 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 74 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd çoxalaraq 854 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 63 ədəd artıqdır.

Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 195 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 11 ədəd çoxalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.