DÜNYA


ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

Bakı, 16 yanvar, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd artaraq 373 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 423 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 12 ədəd artaraq 287 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 386 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı 1 ədəd çoxalaraq 85 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 35 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.