DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 30 yanvar, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 6 ədəd artaraq 384 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 406 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 6 ədəd artaraq 295 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 380 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı dəyişməyərək 88 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 24 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.