DÜNYA


ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Bakı, 13 iyul, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı geriləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 958 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 96 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd azalaraq 784 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 79 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd azalaraq 172 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.