DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı kəskin azalıb
Bakı, 29 mart, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 44 ədəd azalaraq 728 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 278 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 40 ədəd azalaraq 624 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 192 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 4 ədəd azalaraq 102 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 88 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]