DÜNYA
ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var
Bakı, 16 iyul, Nihad Budaqov, AZƏRTAC
Neftin qiymətinin ucuzlaşması və bu sahədə investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkəti tərəfindən hazırlanan hesabat deyilir. Hesabata görə, ABŞ-da yekun investisiya qərarı alınmamış neft istehsalı layihələrinin ticarəti baxımdan həyata keçirilməsi üçün qlobal bazarlarda xam neftin qiyməti 60 dollar/barrel və ya daha çox olmalıdır. Qiymətlər hazırkı 50 dollardan aşağı olacağı təqdirdə isə qarşıdakı 10 ildə qlobal neft bazarında təklif azalmaları yarana bilər. Neftin qiymətinin ucuzlaşması və investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var. Həmin layihələrin çoxu istehsal xərci yüksək olan şist nefti layihələridir.