DÜNYA


ABŞ-dan Çinə neft ixracı rekord səviyyəyə çatıb

Bakı, 9 fevral, AZƏRTAC 

ABŞ-dan Çinə neft ixracı rekord səviyyəyə çatıb.

AZƏRTAC “Thomson Reuters Eikon”a istinadla xəbər verir ki, ABŞ-ın Çinə neft ixracı yanvar ayında rekord səviyyəyə yüksəlib və gündəlik 400 min barrel təşkil edib. Neft ixracının dəyəri isə 1 milyard dolları olub.

Həmin dövrdə ABŞ-dan Çinə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) ixracının dəyəri isə 300 milyon dollara çatıb.

2015-ci ildə ABŞ-ın neft ixracına dair qadağa götürüldükdən sonra bu ölkədən Çinə neft ixracı sürətlə artmağa başlayıb.

Çinin rəsmi rəqəmlərinə görə, ötən ilin dekabr ayında ABŞ və Çin arasında ticarət kəsiri 25,55 milyard dollar olub. Ticarət kəsiri bu ilin yanvar ayında enerji ixracının atması nəticəsində 21,89 milyard dollara geriləyib.

Hazırda Çinin neft idxalında OPEC-ə üzv ölkələr hələ də ilk sıradadır. OPEC-ə ölkələrin yanvar ayında Çinə neft ixracının dəyəri 9,7 milyard dollar səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.