İQTİSADİYYAT


ABŞ-dan olan qonaqlar ASCO-nun fəaliyyəti barədə məlumatlandırılıblar

Bakı, 4 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ABŞ-dan olan qonaqlarla görüş keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

QSC-nin sədri Rauf Vəliyev qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda son illər nəqliyyat sisteminin inkişafı istiqamətində ciddi layihələr həyata keçirilir. Reallaşdırılan layihələr hesabına ölkəmiz sürətlə iri tranzit və logistik mərkəzə çevrilir.

Görüş zamanı beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində ASCO-nun tutduğu mövqe, onun yenilənən donanmalarının fəaliyyəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Gəmiçiliyin gördüyü işlər haqqında da qonaqlara ətraflı məlumat verilib. R.Vəliyev bildirib ki, Xəzərdə nəqliyyat və ixtisaslaşmış donanmaları ilə dəniz nəqliyyatı xidmətləri göstərən ASCO bir bazardan asılılığı aradan qaldırmaq üçün 2014-cü ildən Qara və Aralıq dənizi hövzəsində də fəaliyyətini bərpa edib.

Qonaqlara məlumat verilib ki, ASCO dünyanın nüfuzlu təsnifat şirkəti olan Amerika Gəmiçilik Bürosu (ABS) və audit şirkəti “Ernst & Young”la da əməkdaşlıq edir. Bu şirkətlərin təqdim etdikləri sertifikat, o cümlədən hazırladıqları hesabatlar şəffaflıq prinsipinə əsasən ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilir.

Ətraflı təqdimat üçün minnətdarlığını bildirən ABŞ-dan olan qonaqlar Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işləri müsbət qiymətləndiriblər.

Sonda qonaqları maraqlandıran suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.