ELM VƏ TƏHSİL


ABŞ-dan olan tədqiqatçı alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan–ABŞ Lerik arxeoloji layihə çərçivəsində Pensilvaniya Universitetinin əməkdaşı Lara Fabian və Kolqeyt Universitetinin tədqiqatçısı Hanna Lau AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.

Bu barədə AZƏRTAC-a Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli və şöbə müdiri Səfər Aşurovun iştirak etdiyi görüşdə Azərbaycan-ABŞ elmi əməkdaşlığı müzakirə olunub.

Görüş zamanı Azərbaycan-ABŞ Lerik arxeoloji layihəsi çərçivəsində institutun Cənub-Şərq dağlıq ərazilərindəki antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli ilə birlikdə Lerik rayonu ərazisində tədqiqatların davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Birgə tədqiqatların səmərəliliyini qeyd edən baş direktor qazıntılardan əldə edilən nümunələrin ABŞ-ın nüfuzlu elmi laboratoriyalarında analiz olunmasının önəmindən danışıb və müştərək ekspedisiyanın işinə uğurlar arzulayıb. Tədqiqatlar zamanı arxeoloji qazıntılarla yanaşı abidələrin xəritələşməsi işləri də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.