DÜNYA


ABŞ-də iki helikopterin toqquşması nəticəsində doqquz hərbçi həlak olub

ABŞ-də iki helikopterin toqquşması nəticəsində doqquz hərbçi həlak olub

Bakı, 30 mart, AZƏRTAC

ABŞ Silahlı Qüvvələrinə məxsus iki helikopterin səmada toqquşması nəticəsində azı doqquz hərbçi həlak olub.

AZƏRTAC ABC telekompaniyasına istinadla xəbər verir ki, qəza martın 29-da yerli vaxtla saat 22:00-radələrində (Bakı vaxtı ilə 30 mart saat 06:00) baş verib.

ABŞ Silahlı Qüvvələrinin 101-ci hava-desant diviziyasına məxsus iki “Black Hawk” helikopteri Kentukki ştatının Triqq dairəsində keçirilən təlim zamanı toqquşub. Hadisə ilə bağlı araşdırma başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.