DÜNYA


ABŞ dəniz piyada qoşunlarının əsgəri kazarmada qətlə yetirilib

Vaşinqton, 2 yanvar, AZƏRTAC

ABŞ-ın dəniz piyada qoşunlarının əsgəri Vaşinqtondakı hərbi hissədə növbədə olduğu zaman güllələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dəniz piyada qoşunları administrasiyasının rəsmi məlumatında bildirilir.

Kolumbiya dairəsinin polisi qeyd edib ki, hadisənin başvermə səbəbi hələ məlum deyil. İnsidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məlumatda, həmçinin bildirilib ki, insident hərbi hissənin ərazisində baş verdiyi üçün yerli sakinlər üçün təhlükə yaranmayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.