DÜNYA


ABŞ dövlət katibi ilə Sergey Lavrov arasında görüşdə Suriyadakı vəziyyət müzakirə olunub

Bakı, 11 dekabr, AZƏRTAC

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, görüşdə tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.

Sonra birgə keçirilən mətbuat konfransında M.Pompeo söyləyib: “Suriyada BMT-nin 2254 saylı qətnaməsinin tətbiq edilməsi üzərində işləyirik. Suriyada hərbi həll yolunun olmadığını hesab edirik və bura terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.