DÜNYA


ABŞ dövlət katibinin müavini Estoniyaya səfər edəcək

Tallinn, 30 oktyabr, AZƏRTAC

ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea L.Tompson İslandiya, Polşa və İordaniyada dayanmağı nəzərdə tutan on günlük səfəri çərçivəsində bu həftə Estoniyaya gələcək.

AZƏRTAC xəbər verir ki, Tompson Estoniyada yüksəkvəzifəli hökumət məmurları ilə görüşməyi, kibernetik təhlükəsizlik məsələləri üzrə Estoniya hökumətinin nümayəndələrinin də daxil olacağı ABŞ-Estoniya işçi qrupunda Amerika nümayəndə heyətinin rəhbəri kimi kibernetik təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.