DÜNYA
ABŞ əfqanıstanlı qaçqınları qəbul etmək üçün yeni “Priority Two” proqramını işə salıb
Vaşinqton, 4 avqust, AZƏRTAC
Prezident Co Bayden Administrasiyası, bəzi əfqanıstanlıların qaçqın olaraq ABŞ-a köçürülməsi üzrə yeni “Priority Two” (P-2) proqramına başlamağı planlaşdırır.
AZƏRTAC ABŞ Dövlət Departamentinin bəyanatına istinadla xəbər verir ki, proqram avqustun sonunda Amerika qoşunlarının çıxarılması prosesinin rəsmi başa çatması ərəfəsində Əfqanıstanda hərbi əməliyyatların güclənməsi fonunda həyata keçirilir. Bununla yanaşı, taliblər ölkənin əyalətlərində əsas mövqeləri tutmaqda davam edirlər. Taliblərin bəyanatlarına əsasən, onlar artıq ölkənin 85 faizinə qədər ərazisinə nəzarət edirlər.
Co Bayden 20 illik Amerika müharibəsi zamanı ABŞ-la əlaqələrinə görə taliblərin cəzası ilə üzləşən əfqanlara yardım göstərməyi tələb edən qanunvericilər və hüquq-müdafiə qrupları tərəfindən təzyiqlə üzləşib. Yeni qaçqın proqramı ABŞ-ın maliyyələşdirdiyi layihələrə, eləcə də Birləşmiş Ştatlarda yerləşən qeyri-hökumət təşkilatlarına və KİV-lərə işləyən əfqanlara şamil olunacaq. Tərcüməçilərə və ABŞ hökumətinə işləyən digər şəxslərə, eləcə də onların ailələrinə şamil edilən xüsusi immiqrasiya viza proqramı (SIV) onlara şamil edilmir. Vizaları son emal mərhələlərində olan 200-ə yaxın SIV almaq üçün müraciət edənlər və onların ailə üzvləri 50,000 nəfərə qədər və daha çox insanı əhatə edə biləcək "Operation Allies Refuge" adlanan evakuasiya keçən həftə ABŞ-a gəlib. Onlar ölkə daxilində məskunlaşmadan əvvəl son rəsmiyyətlərin başa çatdırılması üçün Virciniyada yerləşən hərbi bazaya çatdırılıblar. Yeni Əfqanıstan proqramı tələb edəcək ki, ərizəçiləri Amerika agentlikləri, Amerikanın yüksək vəzifəli məmurları, qeyri-hökumət təşkilatları və ya KİV-lərə göndərsinlər.
AZƏRTAC-ın Vaşinqton bürosu