DÜNYA


ABŞ ekspertləri KXDR-də məxfi raket bazası aşkarlayıblar

Bakı, 16 fevral, AZƏRTAC

Şimali Koreya orta mənzilli ballistik raketlərin olduğu məxfi bazaya malikdir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzinin fevralın 15-də dərc olunan məruzəsində yer alıb.

Sənədə əsasən, məxfi baza demilitarizasiya zonasından 250 kilometr məsafədə yerləşir. Həmin obyekt Şimali Koreyanın ballistik raketlər saxladığı 20 məxfi bazadan biridir. Məruzə ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçiriləcək ikinci sammitə hazırlıq fonunda dərc olunub.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp qarşıdakı sammitin uğurla başa çatacağına ümidini ifadə edib. “İlk sammitdə çox şeyə nail olduq. Ümid edirəm ki, bu dəfə də müvəffəqiyyət əldə edəcəyik. Mən sürət ardınca qaçmıram, sadəcə, nüvə və raket sınaqlarının bərpa olunmasını istəmirəm”, - deyə ABŞ Prezidenti bildirib.

Bununla yanaşı Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaların qüvvədə qalacağını da qeyd edib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp yüksək səviyyəli ikinci görüşün fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.