ABŞ fond birjalarında indekslər 4 faizə qədər azalandan sonra 1-2 faiz bərpa olunur
AzerTAg.az
Vaşinqton, 11 may, AZƏRTAC
Amerikanın əsas fond indeksləri bazar ertəsi 2-4 faiz azalandan sonra çərşənbə axşamı 1 faizdən çox bərpa olunub.
AZƏRTAC xəbər verir ki, sənaye indeksi “Dow Jones” (DJIA) 1,05 faiz artaraq 32.583,5 bəndə, yüksək texnoloji şirkətlər indeksi “NASDAQ” 1,92 faiz artaraq 11.848,44 bəndə, geniş bazar indeksi “S&P 500” 1,48 faiz artaraq 4.050,3 bəndə çatıb.
Xatırladaq ki, bazar ertəsi inflyasiyanın inkişaf perspektivləri ilə bağlı narahatlıqlar fonunda birja indeksləri 2-4 faiz azalmışdı. Hazırda ABŞ-da inflyasiya rekord dərəcədə yüksək səviyyədədir. ABŞ Federal Ehtiyatlar Sistemi (FES) inflyasiyanı cilovlamağa çalışır, lakin FES tərəfindən faiz dərəcələrinin aqressiv şəkildə artırılması iqtisadiyyatın inkişaf dinamikasını ləngidə bilər.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var