DÜNYA
ABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar
Tehran, 14 may, AZƏRTAC
Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın CNN televiziya kanalı yayıb. Məlumatda bildirilir ki, ABŞ-ın Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığındakı hərbi bazasının əsgər və zabitləri bazanı tərk edərək ABŞ-a qayıdıblar. Hərbi baza isə Əfqanıstanın hökumət qüvvələrinə təhvil verilib.
CNN kanalının bu barədə yaydığı məlumatı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi də təsdiqləyib.
Qeyd edək ki, Qəndəhar yaxınlığındakı hərbi baza Əfqanıstan ərazisindəki ən böyük hərbi bazadır. Burada ABŞ hərbçiləri ilə yanaşı beynəlxalq kaolisiyaya daxil olan dövlətlərin də 26 min hərbçisi xidmət edirdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]
Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb
- 28.03.2024 [11:30]