DÜNYA


ABŞ hərbi donanması Ərəb dənizində raket yüklü gəmi ələ keçirib

Bakı, 14 fevral, AZƏRTAC 

Birləşmiş Ştatların hərbi donanması Ərəb dənizində göyərtəsində raketlərin olduğu yük gəmisi ələ keçirib. AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ rəsmiləri 150 tankəleyhinə və üç ədəd yer-hava raketi olan arsenalın İrana aid olduğunu iddia ediblər.

ABŞ hərbi donanmasının bəyanatında deyilir ki, “Normandiya” kreyseri Ərəb dənizində üzən gəmini saxlayıb. “Şübhəli gəminin göyərtəsindən 150 ədəd “Dəhləvi” tankəleyhinə raket aşkar edilib. Rusiyanın “Kornet” raketlərinin əsasında istehsal olunmuş bu silahlar İranda buraxılıb”. Qeyd olunub ki, ötən ilin noyabrında da Ərəb dənizində bu cür silahlar müsadirə olunub. Amerikalı hərbçilər həmin silahların Yəməndəki Hutsi qiyamçılarına göndərildiyini iddia ediblər.

İran bu bəyanata heç bir reaksiya verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.