DÜNYA


ABŞ hərbi təyyarələrinin toqquşmasından sonra sağ tapılan pilotlardan biri ölüb

Bakı, 6 dekabr, AZƏRTAC

ABŞ dəniz piyadalarının 3-cü ekspedisiya korpusunun məlumatına əsasən, Birləşmiş Ştatlara məxsus hərbi təyyarələrin toqquşmasından sonra sağ tapılan iki pilotdan birinin həyatını xilas etmək mümkün olmayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlər digər pilotun səhhətinin qənaətbəxş olduğunu bildirirlər.

Qəza zamanı itkin düşən 5 hərbçinin axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatına Amerikanın P-8A təyyarəsi, həmçinin Yaponiya Müdafiə Nazirliyinin və Sahil Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xatırladaq ki, İvakuni bazasından havaya qalxaraq "planlı təlim uçuşu" həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi təyyarə yerli vaxtla gecə saat 2 radələrində Yaponiya sahillərindən 200 mil məsafədə toqquşub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.