DÜNYA


ABŞ hökuməti İrana sanksiya məsələsində güzəştlərə razılaşıb

Bakı, 2 noyabr, AZƏRTAC

ABŞ hökuməti sanksiyalara baxmayaraq, İran neftini idxal etmələri üçün səkkiz ölkəyə güzəştə getməyə hazırdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Bloomberg” agentliyi güzəştlər edilən ölkələrin adlarını açıqlamasa da, onların arasında Yaponiya, Hindistan və Cənubi Koreyanın olduğu məlumdur. Bu ölkələr güzəştlərə cavab olaraq qiymət artımına səbəb yaratmamaq üçün neft idxalını azaltmalıdır.

Güzəştlər barədə rəsmi bəyanatın bu gün elan olunacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı ciddi güzəştlərə getməyə hazır olduğu barədə məlumat yayılıb. Güzəştlər Tehrana Vaşinqtonun əsas iqtisadi sanksiyalarından yayınmağa imkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.