DÜNYA
ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb
Roma, 18 yanvar, AZƏRTAC
ABŞ hökuməti İtaliyada təhlükəlilik dərəcəsini ikinci səviyyədə müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamenti İtaliyanın da terror təhlükəsi ilə üzbəüz olduğunu bildirib. Bu baxımdan vətəndaşlara əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, yerli mətbuatı izləmək, ictimai nəqliyyatdan az istifadə etmək tövsiyə olunub.
Qeyd edək ki, təhlükə xəbərdarlığı 4 şkala üzrə müəyyənləşdirilir və dördüncü səviyyə ən təhlükəli sayılır. ABŞ Dövlət Departamenti Almaniya, Böyük Britaniya və Fransanı da təhlükə dərəcəsi üzrə ikinci səviyyədə qiymətləndirir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]