DÜNYA
ABŞ-ın 15 ştatında koronavirusla bağlı mürəkkəb vəziyyət yaranıb
Bakı, 4 iyul, AZƏRTAC
ABŞ-ın azı 15 ştatında bu həftə koronavirusa yoluxmanın yüksək səviyyəsi ilə bağlı vəziyyət xeyli mürəkkəbləşib.
AZƏRTAC xəbər verir ki, bunu CNN telekanalının tibbi eksperti Sanjay Gupta bildirib. O xatırladıb ki, ölkədə praktik olaraq hər gün təxminən 50 min yeni yoluxma qeydə alınır. Son 24 saatda 57,6 min yoluxma aşkarlanıb, bu da ABŞ üçün növbəti antirekorddur.
“ABŞ-da Yer kürəsi əhalisinin yalnız 5 faizi yaşayır. Lakin bütün yoluxma və ölüm hallarının dörddəbiri bizim payımıza düşür. Bir sıra ştatlarda, məsələn, Texas və Arizona xəstəxanalarda boş yerlər bitmək üzrədir”, - deyə ekspert qeyd edib.
Worldometer statistika resursunun son məlumatına görə, COVID-19 epidemiyasının əvvəlindən bəri ABŞ-da yoluxmaların sayı 2,8 milyonu ötüb, 132 mindən çox xəstə ölüb, 1,2 milyon nəfər sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]