DÜNYA


ABŞ-ın 16 ştatından ibarət koalisiya Prezident Donald Trampı məhkəməyə verib

Bakı, 19 fevral, AZƏRTAC

ABŞ-ın 16 ştatının nümayəndələri səddin tikintisi üçün Konqresdən yayınaraq vəsait əldə etmək məqsədi ilə Meksika sərhədində fövqəladə vəziyyət rejimi elan etdiyinə görə Prezident Donald Trampı məhkəməyə verib.

AZƏRTAC “Politico” media təşkilatına istinadla xəbər verir ki, iddiaçılar səddin tikintisi üçün qanunsuz miqrasiya böhranını bəhanə gətirərək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən Amerika liderinin fəaliyyətini “qanunsuz sxem” adlandırıb.

Koalisiyaya, həmçinin Kaliforniya, Nyu-York, Kolorado, Konnektikut, Delaver və Havay ştatları daxildir.

Qeyd edək ki, ötən həftə Donald Tramp cənub sərhədində dövlət təhlükəsizliyinə təhlükə və humanitar böhran səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sənəd imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.