DÜNYA


ABŞ-ın 41-ci Prezidenti Corc Buş vəfat edib

Bakı, 1 dekabr, AZƏRTAC 

ABŞ-ın 41-ci Prezidenti Corc Buş vəfat edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sabiq Prezident 94 yaşında dünyasını dəyişib. Corc Buş 1989-1993-cü illərdə dövlət başçısı olub. Onun xarici siyasəti Panamada, Filippində və Fars Körfəzində aparılan hərbi əməliyyatlarla yadda qalıb.

Ata Buş, həmçinin ABŞ Mərkəzi Kəşfiyyatının 11-ci direktoru (1976-1977-ci illər) və Birləşmiş Ştatların 43-cü vitse-prezidenti (1981-1989-cu illər) vəzifələrində çalışıb.

Xatırladaq ki, onun həyat yoldaşı Barbara Buş bu ilin aprelində vəfat etmişdi. Onlar 73 il birgə yaşamışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.