CƏMİYYƏT


ABŞ-ın ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına dəstək verməsi məsələləri müzakirə olunub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də ABŞ-ın ölkəmizdə səfiri Örl Litzenberqer Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Agentliyin direktoru Qəzənfər Əhmədov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və işğal altındakı ərazilərimiz, həmçinin qurumun fəaliyyət göstərdiyi bütün istiqamətləri, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, eləcə də uzun və qısa müddətli strategiyası barədə məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və cəbhəxətti ərazilərdə aparılan humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verilib. ANAMA ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) birgə həyata keçirdiyi Ceyrançöl minatəmizləmə layihəsinin icrası, eləcə də indiyədək agentliyin fəaliyyətində ABŞ-ın verdiyi dəstəyə görə səfirə minnətdarlıq ifadə olunub.

Səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanışlıq, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi olub.

Örl Litzenberqer ABŞ tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına gələcəkdə də dəstək veriləcəyini bildirib.

ANAMA-nın təlim, tədqiqat və keyfiyyətə təminat qurumunun rəhbəri Elnur Qasımov agentliyin fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.