MƏDƏNİYYƏT


ABŞ-ın Azərbaycan icmasının nümayəndələri Xalq şairi Ramiz Rövşənlə görüşüblər VİDEO

Vaşinqton, 13 oktyabr, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir fəlsəfi şeirimizin görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə virtual görüş keçirilib. Ticarət Palatasının Vaşinqton şəhərində yerləşən inzibati binasında baş tutan görüşə paytaxtda və ətraf ştatlarda yaşayan soydaşlarımızla yanaşı, Meyn, Nyu-York, Nyu-Cersi və Texas ştatlarında yaşayan azərbaycanlılar da qatılıblar.

AZƏRTAC xəbər verir ki, görüşdə şairin həyat və yaradıcılığı, şeirlərinin obyekti, müasir Azərbaycan ədəbiyyatı və s. mövzularda müzakirələr aparılıb. Şairin şeirlərini öz dilindən eşitmək görüşə xüsusi məna qatıb.

Ramiz Rövşənlə görüş Azərbaycan Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” proqramı çərçivəsində baş tutub. Proqramın əsas məqsədi ABŞ-da yaşayan azərbaycanlıların ölkəmizin tanınmış incəsənət, mədəniyyət və elm xadimləri ilə görüşlərinin təşkilidir.

Mədəniyyət Mərkəzinin şənbə proqramlarına, eyni zamanda, Vaşinqtondakı Azərbaycan səfirliyi ilə birgə həyata keçirilən azərbaycanlı uşaqlar üçün “Azərbaycan məktəbi” də daxildir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.