SİYASƏT


ABŞ-ın Azərbaycandakı səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş hərbi qulluqçularımızla görüşüb

Bakı, 9 oktyabr, AZƏRTAC

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction-19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Ö.Litzenberqer Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiklərini diqqətə çatdırıb. Diplomat, həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır.

Səfir təlimdə iştirak edən hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Polkovnik Siyavuş Mustafayev “Saber Junction-19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışıb. S.Mustafayev belə təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsinin aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsində böyük önəm daşıdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.