DÜNYA


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli postunu tərk edir

Bakı, 9 oktyabr, AZƏRTAC

Prezident Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasını qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Heyli istefasını ötən həftə Vaşinqtonda görüşü zamanı Donald Trampla müzakirə edib.

Ağ ev hələ bu informasiyanı təsdiqləməyib. Bununla yanaşı, ABŞ Prezidentinin mətbuat katibi Sara Sanders özünün “Twitter” səhifəsində Donald Trampın yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 8:30) Heyli ilə Ağ evin Oval zalında görüşəcəyini bildirib.

Prezident deyib ki, Nikki Heyli istefaya getmək istədiyi barədə onu 6 ay öncə məlumatlandırıb. Donald Tramp, həmçinin qeyd edib ki, Heyli postunu ilin sonunda tərk etmək niyyətindədir və sonradan ABŞ administrasiyasında yeni vəzifədə işə başlaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.