REGİONLAR


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 8 ildə Azərbaycanda 120 layihə reallaşdırılıb VİDEO

Cəbrayıl, 10 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanla ABŞ arasında olan münasibətlər inkişaf etməkdədir. İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsinin fəaliyyətə başlaması bu tərəfdaşlığın və dostluğun kiçik bir nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 10-da jurnalistlərə müsahibəsində SEDA layihəsi çərçivəsində Cocuq Mərcanlı kəndində inkubator məntəqəsinin fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə iştirak edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq deyib.

Cocuq Mərcanlıda gördüklərindən məmnunluğunu ifadə edən M.Heninq bildirib: "Cocuq Mərcanlının əhalisi çox böyük şücaət və əzmkarlıq göstərərək öz doğma kəndlərinə qayıdıblar. Bir neçə il ərzində burada olan inkişaf məndə böyük təəssürat yaradır. Gördüklərimdən çox təsirlənmişəm. Kəndin sakinlərinə rifahlarının yaxşılaşdırılması, iqtisadiyyatın gücləndirilməsində uğurlar arzu edirəm. Gələcəkdə bu kimi qayıdış və yenidənqurma proseslərində Cocuq Mərcanlı kəndinin təcrübəsi danılmazdır və böyük qiymətə malikdir".

O əlavə edib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 8 il ərzində Azərbaycanda 160-dan çox icmada 120 layihə həyata keçirilib. Bu layihələrdən ümumilikdə 300 mindən çox Azərbaycan vətəndaşı faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.