QAN YADDAŞI


ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib

Bakı, 2 mart, AZƏRTAC

“Nyu England” Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş səssiz aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Harvard meydanında baş tutan etiraz aksiyasında Azərbaycan icmasının Boston şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər.

Aksiya iştirakçılarının əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotofaktlar və məlumatlar nümayiş olunub. Plakatlardakı şəkillər “Xocalıya ədalət!”, “Səssiz qalma!” şüarları, “Xocalı soyqırımı Ermənistan tərəfindən törədilib”, “Təxirə salınmış ədalət məhkəməsi ədalətdən imtina deməkdir” başlıqları ilə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.