RƏSMİ XRONİKA


ABŞ-ın Cənubi Dakota ştatı Nümayəndələr Palatasının üzvü Lans S. Rasseldən

 Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan düzgün istiqamətdə irəliləyir və inkişaf edir. Mən Azərbaycanın ABŞ və Avropa ilə iqtisadi əlaqələrini genişləndirməsini və gücləndirməsini böyük maraqla izləyirəm.

Sizin bu səyləriniz yüksək dəyərləndirilir. Dövlətlərimiz arasında iqtisadi, demokratik və mədəni oxşarlıqlar gündən-günə artır.

Əminəm ki, Azərbaycan uğurlu inkişafını və ABŞ ilə strateji tərəfdaşlığını davam etdirəcəkdir.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və rifah diləyirəm.

Dərin hörmətlə,

Lans S. Rassel

ABŞ-ın Cənubi Dakota ştatı

Nümayəndələr Palatasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin