DÜNYA


ABŞ-ın Cənubi Koreyadakı qoşunlarında koronavirusa 18 yoluxma qeydə alınıb

Pekin, 5 aprel, AZƏRTAC

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində çalışan daha bir amerikalının yeni növ koronavirusa (COVID-19) yoluxması təsdiqlənib.

AZƏRTAC ABŞ qoşunları qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, bununla da hərbi kontingentdə xidmət edən və çalışanlar arasında virusa yoluxanların sayı 18 nəfərə çatıb.

Virusa sonuncu yoluxan şəxs paytaxt Seula 70 kilometr məsafədə yerləşən Osan bazasında müqavilə əsasında çalışan mülki şəxsdir. O, öz evində karantinə alınıb. ABŞ hərbi kontingentinin komandanlığı və Cənubi Koreya hökuməti həmin şəxsin hərbi bazada yaxın təmasda olduğu şəxslərin müəyyən edilməsi üçün fəaliyyətə başlayıb. Bu, həm də ABŞ hərbi kontingentinin komandanlığının yerləşdiyi Hamfris düşərgəsinə çox yaxınlıqda yerləşən Osan bazasında COVID-19 infeksiyasına son günlər 2-ci yoluxma faktıdır. Artıq bazanın bir hissəsi bağlanılıb, səhiyyə müdafiəsi səviyyəsi yüksəldilib.

Ümumilikdə, ABŞ-ın Cənubi Koreyadakı bütün hərbi bazalarında risk səviyyəsi ən yuxarı həddə qaldırılıb.

Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində COVID-19 infeksiyasına ilk yoluxma fevralın son günlərində qeydə alınıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.