DÜNYA


ABŞ-ın Dövlət katibi Gürcüstana səfər edəcək

Tbilisi, 11 noyabr, AZƏRTAC

ABŞ-ın Dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində dövlət katibi Gürcüstan Baş naziri Giorgi Qaxaria, Prezident Salome Zurabişvili, xarici işlər naziri David Zalkaliani və Patriarx II İlya ilə görüşəcək.

Görüşlərdə Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması və sair məsələlər diqqət mərkəzində olacaq.

Bundan başqa, tərəflər Gürcüstanda və regionda təhlükəsizlik, eləcə də regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.