DÜNYA


ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2019-cu ildə faiz dərəcələrini artırmayacaq

Vaşinqton, 21 mart, AZƏRTAC

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2019-cu ildə faiz dərəcələrini artırmamaq barədə qərarını açıqlayıb. Federal Ehtiyatlar Sisteminin açıq bazarında əməliyyatlar üzrə Komitənin martın 20-də keçirilən iclasının son qərarına görə, faiz dərəcələri 2,25-2,5 faiz civarında qalacaq. Halbuki dekabrda rəhbərlik düşünürdü ki, 2019-cu ildə iki yüksəlmə, 2020-ci ildə bir yüksəlmə olacaq.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirir. Bankın hər hansı qərarı birja bazarlarında qiymətlərə dərhal təsir göstərir. Federal Ehtiyatlar Sisteminin bu elanından dərhal sonra Nyu-York birjasında şirkətlərin səhmlərinin və digər qiymətli kağızların qiymətləri yüksəlib.

Qeyd edək ki, sistem 2019-2020-ci illərdə yüksəlmə proqnozunu ötən ilin dekabrında müəyyən olunmuş proqnozlarla müqayisədə azaldaraq 2,3 faizdən 2,1 faizə və 2 faizdən 1,9 faizə endirib.

Federal Ehtiyatlar Sisteminin açıq bazarında əməliyyatlar üzrə Komitənin növbəti iclası apreldə keçiriləcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.