ABŞ-ın Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovadan
AzerTAg.az
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik.
Seçkilərdəki inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən dəstəklənməsini sübut edir.
Müasir müstəqil Azərbaycan Respublikasının yüksəlişi, bütün dünyada nüfuzunun artması, diasporumuzun daha da möhkəmlənməsi, xalqımızın tərəqqisi və rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət, sevinc dolu günlər, könül xoşluğu arzulayırıq.
Hörmətlə,
Töhfə Eminova
ABŞ-ın Florida ştatının Mayami şəhərində
fəaliyyət göstərən Azərbaycan-Amerika
Mədəniyyət Assosiasiyasının sədri
Xəbərin mətnində orfoqrafik səhv var