SİYASƏT


ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilmiş qərəzli dinləmələrə etirazlar davam edir

Bakı, 18 may, AZƏRTAC

Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilmiş ermənipərəst dinləmələrə etirazları davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSam) rəhbəri, siyasi elm xadimi Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatı yayıb. O, bəyanatda Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb. Bəyanatda Azərbaycanın xarici siyasət kursunda dünyanın aparıcı ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi vurğulanıb.

“Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir”, – deyə Aslan Xalidi vurğulayıb. O, Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətinin regionda və dünyada sabitliyə töhfə olduğunu bildirib.

Bəyanatda qeyd edilir ki, ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.